İDMAN


ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 81-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KİV KOMANDALARININ MİNİ FUTBOL TURNİRİ DAVAM EDİR
“AZƏRTAC” 1\002 FİNALDA “AZ.TV” İLƏ QARŞILAŞACAQ

Mayın 5-də Bakı Dövlət Universitetinin idman meydançasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələri komandalarının mini futbol turnirinin 1\004 final oyunları keçirilmişdir.

“A” qrupunun birincisi “Çempion-Zaman” “C” qrupunun ikincisi “Super-Market”i 5:0 məğlub etmiş, “A” qrupunun ikincisi “Space” “C” qrupunun birincisi “Az.TV”-yə 2:4 hesabı ilə məğlub olmuşdur.

“B” qrupunda “Futbol+“ ilə “Azərbaycan” arasında təxirə salınmış oyunda birinci komanda bir top fərqi ilə qalib gələrək qrupda ikinci yeri təmin etmişdir. Lakin bu komanda 1\004 finalda “D” qrupunda birinci yeri tutmuş “AZƏRTAC” komandası ilə qarşılaşmalı idi. Turnirin Təşkilat Komitəsinin qəbul etdiyi bütün qərarlara əməl edən “AZƏRTAC” oyuna gəlsə də, “Futbol+”un meydana çıxmamasına görə bu komandaya texniki məğlubiyyət verilmişdir.

Beləliklə, mayın 7-də yarımfinal görüşü “Az.TV” ilə “AZƏRTAC” arasında keçiriləcəkdir. “Çempion-Zaman”ın rəqibi isə “B” qrupunun birincisi “Şərq” ilə “D” qrupunun ikincisi “168 saat” arasında mayın 6-da keçiriləcək oyundan sonra məlum olacaqdır.

Xatırladaq ki, “Şərq” qəzetinin təşkilatçılığı və CCİC şirkətinin sponsorluğu ilə keçirilən turnirdə 16 komanda mübarizə aparırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.