ELM VƏ TƏHSİL
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85 İLLİYİNƏ HƏSR EDİLMİŞ KONFRANS
Qafqaz Universitetində ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş “Müasir tərcüməşünaslıq və onun bugünkü həyatımızda rolu” mövzusunda respublika tələbə elmi–praktiki konfransı keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Təhsil Nazirliyi və Çağ” Öyrətim İşlətmələri Şirkəti ilə birgə təşkil olunmuş konfransda ölkəmizin 9 ali məktəbinin, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərb Universitetinin tələbələri iştirak etmişlər.
Tərcümə nəzəriyyəsi və problemləri, tərcümə tarixi və praktikası, ədəbiyyat tarixi və nəzəriyyəsi və digər bölmə iclaslarında 100-dən çox müxtəlif mövzularda məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.