İDMAN
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ BOKS TURNİRİ BAŞLANMIŞDIR
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov açılışda çıxış edərək, Azərbaycan idmanına göstərilən dövlət qayğısından, gənclərin sağlam və vətənpərvər ruhda yetişməsi ilə əlaqədar görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilir. İdmançılarımız bu qayğıdan ruhlanaraq ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edirlər.
Mayın 10-dək davam edəcək turnirdə Azərbaycan, ABŞ, Hindistan, Qazaxıstan, Ukrayna, Özbəkistan, Rusiya, Gürcüstan, Almaniya, Türkiyə, İrlandiya və Özbəkistandan 150-yə yaxın boksçu 13 çəki dərəcəsində mübarizə aparacaqdır.
Birinci gün 9 çəki dərəcəsi üzrə ilk döyüşlər keçirilmişdir.