İDMAN


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə respublika birinciliyi keçirilmişdir.

Yarışda Bakı, Sumqayıt və Gəncə şəhərləri polis idarələrinin, Daxili İşlər Nazirliyi idarələrinin və Daxili Qoşunların 100-dən artıq əməkdaşı çıxış etmişdir. İki gün davam edən turnirdə Namiq Sevdimov (55 kq), Etibar Hacıyev (60 kq), İbad Məmmədov (66 kq), Amil Şirəliyev (74 kq), Araslan Xəlilov (84 kq), Teymur Əliyev (96 kq) və Oqtay Seyidov (+96 kq) birinci yer tutmuşlar.

Qaliblər DİN-in qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olunmuşlar. Dekabrın 17-18-də isə DİN İdman Cəmiyyətinin cüdo üzrə açıq birinciliyi keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.