SİYASƏT
ÜMUMRESPUBLİKA RƏY SORĞUSUNUN İŞTİRAKÇILARI PREZİDENT İLHAM ƏLİYEVƏ VƏ YAP-A İNANIRLAR
Sorğu iştirakçılarının 78,5 faizi Prezident İlham Əliyevə, 68,5 faizi Yeni Azərbaycan Partiyasına inandıqlarını bildirmişdir. Digər siyasətçilərə və partiyalara müvafiq surətdə 6,6-1,3 faiz və 4,3-1,1 faiz arasında səs verilmişdir.
Sonuncu parlament seçkiləri ilə bağlı suala cavablarında respondentlərin 61,8 faizi YAP-ın, 14,2 faizi isə bitərəflərin namizədlərinə səs verdiklərini bildirmişdir. Digər partiyaların namizədlərinə səs verənlərin sayı 6,7-1,8 faiz arasındadır.
Hökumətin fəaliyyətini qənaətbəxş edənlər 57,8 faizdir. İştirakçıların 23,4 faizi bu suala mənfi cavab vermiş, 18,8 faizi isə münasibətini bildirməkdə çətinlik çəkdiyini demişdir.
“Sosial-iqtisadi problemləriniz hansılardır?” sualına cavablar isə belə olmuşdur: elektrik enerjisi – 42,2 faiz, bələdiyyələrlə münasibətlər – 15,6 faiz, qaz təchizatı – 12,3 faiz, işsizlik – 6,3 faiz, polislə münasibətlər – 5,7 faiz, səhiyyə - 5,2 faiz, korrupsiya – 4,5 faiz, sahibkarlığın inkişafına maneə - 4,3 faiz, təhsil – 3,9 faiz. Göründüyü kimi, bu suala cavablar, əslində, dövlətin həllinə çalışdığı məsələlərlə üst-üstə düşür və ölkə rəhbərliyinin həyata keçirdiyi sosial-iqtisadi inkişaf proqramlarının düzgünlüyünü bir daha təsdiq edir.