CƏMİYYƏT


UNA Beynəlxalq Media Forumunun xarici ölkələrdən gələn iştirakçıları ilə AZƏRTAC-da keçirilən görüş barədə xəbər yayımlayıb

Qahirə, 27 iyul, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Medianın İnkişafı Agentliyinin Milli Mətbuat Günü münasibətilə Şuşada təşkil etdiyi “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumun xarici ölkələrdən gələn iştirakçıları ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) keçirilən görüş haqqında xəbər və fotoşəkilləri yayımlayıb.

Xəbərdə qeyd olunub ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov qonaqlara agentliyin fəaliyyəti, o cümlədən əməkdaşlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verib.

Xarici ölkələrin media nümayəndələri ilə görüş AZƏRTAC-ın binasında təşkil olunmuş nahar süfrəsi ətrafında davam edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.