ELM VƏ TƏHSİL


“UNEC-100” İnkişaf Strategiyası: missiya, gələcəyə baxış, əsas dəyərlər

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) 2030-cu ilə qədər fəaliyyət istiqamətlərini və uğur modelini əks etdirən “UNEC-100” İnkişaf Strategiyasında onun missiyası, gələcəyə baxışı və dəyərləri yer alıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, strategiyaya əsasən UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir.

Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin gələcəyə baxışı isə 100 yaşını tamamlayanda dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməkdir.

UNEC akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliyə hörmət, cəmiyyətin mənafeyini düşünmək və ekologiyaya həssas münasibəti əsas dəyərləri kimi müəyyənləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.