ELM VƏ TƏHSİL


UNEC: Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə dair elmi seminarlar davam edir

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə dair növbəti elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Rövşən Quliyev “Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, su, torpaq, müdafiə” mövzusunda məruzə edib.

Xatırladaq ki, oktyabrın 16-dan start verilən elmi seminarlarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəriciləri müqayisəli təhlil edilir. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.