ELM VƏ TƏHSİL


“UNEC Ekspert” jurnalı təqdim edir: Böyük Qayıdışın iqtisadiyyatı

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Ekspert” jurnalının “Böyük Qayıdışın iqtisadiyyatı”na həsr olunmuş növbəti sayı oxuculara təqdim edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, jurnalda 18 alim-ekspert tərəfindən Böyük Qayıdışın uğurunun təmin edilməsi, postmünaqişə ərazilərə qayıdışın dünya təcrübəsi, Qarabağda ənənəvi mədəniyyət və sənətkarlıq sahələri üzrə biznesin inkişafı, həmin ərazilərdə sənayenin və aqrar sektorun inkişaf perspektivləri geniş təhlil edilib. Həmçinin məcburi köçkünlərin peşə bacarıqlarının artırılması və məşğulluqlarının təmin edilməsi mexanizmləri, ali təhsil klasterinin formalaşdırılması ilə bağlı ekspert şərhləri oxucuların diqqətinə çatdırılıb. Oxucular jurnalda Qarabağda yaşıl iqtisadiyyatın perspektivləri, turizmin inkişafı, ağıllı infrastruktur, halal qida məhsulları sektorunun inkişafı, sahibkarlığın stimullaşdırılması, eləcə də Zəngəzur dəhlizi və Qarabağın iqtisadi dirçəlişindəki rolu ilə bağlı ekspert araşdırmaları ilə tanış olacaqlar.

AZƏRTAC-0-

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.