ELM VƏ TƏHSİL


UNEC “Erasmus+” proqramı üzrə iki layihənin qalibi olub

.Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Avropa Komissiyasının “Erasmus+” proqramının iki müxtəlif çağırışı üzrə koordinator olaraq “Erasmus+ KA2” və “Jean Monnet” modul proqramının qalibi olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

UNEC-in qalib olduğu “REFRESH” layihəsi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirməni hədəfləyir. Layihədə Avropa və Azərbaycan universitetləri də olmaqla 15 tərəfdaş iştirak edir. UNEC, eyni zamanda, “Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları (DigiShip)” adlı “Erasmus+ Jean Monnet” modulunun da qalibi olub. Layihənin məqsədi Avropa təcrübəsi əsasında rəqəmsal sahibkarlıq fənninin tədrisini təkmilləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.