ELM VƏ TƏHSİL


UNEC İqtisadi Forumu təşkil olunacaq

Bakı, 20 noyabr, AZƏRTAC

Dekabrın 1-3-də UNEC İqtisadi Forumu keçiriləcək.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, 5 panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerin çıxış edəcəyi forumun devizi “Zəfər Yolu”dur.

Forumda Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələrin keçirilməsi, eləcə də gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlərin təşkili nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.