ELM VƏ TƏHSİL


UNEC Karyera Mərkəzi “Kapital Bank”la birgə karyera ayına start verib

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və “Kapital Bank”ın birgə təşkil etdiyi karyera ayı çərçivəsində ilk görüş keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov, “Kapital Bank”ın İnsan resursları departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul şöbəsinin müdiri Nərgiz Əzimova və digər əməkdaşlar bankın fəaliyyət istiqaməti, vakansiyalar və təcrübə proqramları barədə təqdimatla çıxış ediblər.

Bildirilib ki, iyulun 30-dək davam edəcək karyera ayı 2 hissədən ibarət olmaqla onlayn müsahibələr həftəsi və “case study” həftəsinə bölünüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.