ELM VƏ TƏHSİL


UNEC Nobel mükafatçısı Əziz Səncər adına tədqiqat mükafatı elan edir

UNEC Nobel mükafatçısı Əziz Səncər adına tədqiqat mükafatı elan edir

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kimya üzrə Nobel mükafatçısı, UNEC-in fəxri doktoru Əziz Səncər adına tədqiqat mükafatı elan edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, mükafat UNEC-də yüksəkkeyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədilə təsis olunub. Müsabiqəyə əməkdaşların qida elmləri və texnologiyası, biokimya, mikrobiologiya, biotexnologiya, qida təhlükəsizliyi sahələri üzrə dərc edilmiş elmi məqalələri qəbul edilir.

Mükafat fondu 10 min manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqə ildə bir dəfə keçirilir və 1 elmi əsərə görə verilir. Əsərin 1-dən çox müəllifi olduğu halda, pul mükafatı onlar arasında bərabər şəkildə bölünür. Mükafata təqdim edilən əsərlər Müsabiqə Komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqədə iştirak üçün müraciətlər iyunun 1-dən 30-dək qəbul edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.