ELM VƏ TƏHSİL
UNEC “Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir” şüarına qoşulacaq
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iyunun 28-29-da Banqkokda (Tailand) Sosial Biznes Günü (Sosial Business Day) münasibətilə keçiriləcək beynəlxalq tədbirə dəvət edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir Banqladeşdə yerləşən “Yunus” Mərkəzi, Asiya Texnologiya İnstitutu və Kasetsart Universiteti (Tailand) tərəfindən təşkil edilir.
Ənənəvi olaraq hər il keçirilən tədbirdə beynəlxalq sosial biznes şəbəkəsinin təmsilçiləri ikitərəfli və çoxtərəfli dialoq məqsədilə toplaşıb, təcrübə mübadiləsi aparırlar.
Bu il tədbir “Making Money is Happinesss, Making Other People Happy is Super Happiness” (Pul qazanmaq xoşbəxtlikdir, başqalarını xoşbəxt etmək daha böyük xoşbəxtlikdir) şüarı altında keçiriləcək.