ELM VƏ TƏHSİL


UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Rusiya Ali İqtisad Məktəbi Milli Tədqiqat Universiteti (MTİ) arasında əməkdaşlıq uğurla davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Rusiya Ali İqtisad Məktəbi əməkdaşlıq çərçivəsində UNEC-in ödənişsiz onlayn kurslara qatılması barədə rektor, professor Ədalət Muradova təşəbbüs məktubu ünvanlayıb. Təklifə əsasən, UNEC tələbələri 72 fənn üzrə rus və ingilis dillərində Rusiya Ali İqtisad Məktəbinin onlayn dərslərini dinləyə biləcəklər.

Qeyd edək ki, UNEC daha öncə ABŞ-ın Stanford Universitetinin “Coursera of Campus” proqramına qoşularaq, dünyanın aparıcı 18 universitet və şirkətinin 400 ixtisas üzrə onlayn kurslarına ödənişsiz qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.