ELM VƏ TƏHSİL
UNEC “SABAH” magistrantları Türkiyədə təlim keçiblər
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SABAH” magistratura layihəsi çərçivəsində elektron kommersiya ixtisaslaşması üzrə təhsil alan magistrantlar Ankarada təlimlərdə iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Türkiyə Respublikasının Əmək və Sosial Təminat Nazirliyinin Təlim və Araşdırma Mərkəzi tərəfindən təşkil olunmuş təlimlərdə layihələrin idarəedilməsi, problemlərin təhlili, vaxtın idarə olunması və digər mövzularda təqdimatlar edilib, “Təlimçilərin təlimi” proqramında isə magistrantlara daha çox praktiki tapşırıqlar verilib.
Səfər çərçivəsində magistrantlar Ankaranın tarixi-mədəni abidələrini də ziyarət ediblər.
Təlimləri uğurla bitirən magistrantlara sertifikat təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]