ELM VƏ TƏHSİL


UNEC “SABAH” məzunlarından magistraturaya qəbulda yüksək nəticə

Bakı, 3 avqust, AZƏRTAC

Bu il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” qrupları məzunlarının magistraturaya qəbulunda yüksək nəticə əldə olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “SABAH”dan məzun olan 216 bakalavrın 90 faizi magistraturaya qəbul olub. Məzunlardan 94 nəfəri yerli, 95 nəfər isə ABŞ, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Slovakiya, Çexiya, Estoniya, Litva və digər ölkələrin aparıcı universitetlərində magistratura təhsili almaq hüququ qazanıb. Məzunların bir çoxu beynəlxalq təqaüd proqramının qalibi olaraq Avropanın aparıcı universitetlərində təhsil alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.