ELM VƏ TƏHSİL


UNEC Slovakiya universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları “Erasmus+” proqramı çərçivəsində Slovakiyanın Pan European Universitetinin infrastrukturu və tədris prosesinin təşkili ilə tanış olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, onlar Pan European Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Slavomir Rudenko ilə görüşüblər. Görüşdə UNEC-in beynəlxalq əlaqələri və bu istiqamətdə əldə olunan uğurlardan bəhs olunub, hər ki universitet arasında “Erasmus+” proqramının KA1 və KA2 istiqamətləri üzrə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.