ELM VƏ TƏHSİL


UNEC Tədqiqat Mərkəzinin rəhbəri Qarabağın işğaldan azad olunmasının iqtisadiyyata təsirlərindən danışıb

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad olunan ərazilərində infrastruktur layihələr reallaşdırılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılov Qarabağ iqtisadiyyatı ilə bağlı növbəti müzakirələrdə səsləndirib.

Qarabağın azad olunmasının iqtisadiyyata gözlənilən real təsirlərindən danışan A.İsmayılov təklif edib ki, Qarabağ İnvestisiya Mərkəzi yaradılmalıdır. Burada qısa və ortamüddətli dövrdə nəqliyyat və ticarət sektorları və uzunmüddətli dövrdə turizm inkişaf etdirilməli, innovasiya-texnologiya yönümlü tədqiqat mərkəzləri açılmalıdır. Əhalinin, xüsusən Bakı–Abşeron ərazisində yaşayan məcburi köçkünlərin regiona köçməsi üçün müvafiq tədbirlər reallaşdırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.