ELM VƏ TƏHSİL


UNEC - “SCimago” reytinqində Azərbaycan birincisi

UNEC - “SCimago” reytinqində Azərbaycan birincisi

Bakı, 14 mart, AZƏRTAC

“SCimago” (Scimago Institutions Rankings) reytinq agentliyi 2023-cü il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb. İlk dəfə 2022-ci ildə “SCimago” reytinqində yer alan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il ölkəmizdə birinci olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. UNEC reytinqdə dünyanın 8433 universiteti arasında “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 691-ci, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC “İqtisadiyyat, ekonometrika və maliyyə” sahəsi üzrə 33-cü, “Biznes, menecment və mühasibat” sahəsi üzrə 69-cü yerə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.