ELM VƏ TƏHSİL


UNEC- də qış imtahan sessiyası davam edir

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021-2022-ci tədris ilinin qış imtahan sessiyası davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, sessiyada bakalavriat səviyyəsində qabiliyyət tələb edən fənlər istisna olmaqla, digər fənlər üzrə bütün imtahanlar test üsulu ilə keçirilir. İmtahanlarda tələbələrə 50 sualı cavablandırmaq üçün riyazi fənlər üzrə 80 dəqiqə, xarici dildə işgüzar və akademik kommunikasiya fənləri üzrə 100 dəqiqə (qiyabidə 60 dəqiqə), qalan fənlər üzrə isə 60 dəqiqə vaxt verilir. Test sualları tələbələrə təqdim edilən fənlərin siyahısı gələn həftə ərzində şəxsi kabinetlərə göndərilir. Magistratura səviyyəsində isə bütün fənlər üzrə imtahanlar yazılı üsulla keçirilir.

İmtahan sessiyası fevralın 2-dək davam edəcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.