ELM VƏ TƏHSİL


UNEC aliminin COVID-19 barədə araşdırması "Scopus" və "Web of Science" bazasında dərc olunub

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və işlətmə” kafedrasının gənc müəllimi, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Həsrəddin Quliyevin COVID-19-un ərazi üzrə yayılma təsirlərinin məkan panel verilənlər modeli ilə müəyyən edilməsi” (“Determining the Spatial effects of COVID-19 using Spatial Panel Data Model”) araşdırması "Web of Science" və "Scopus" bazasına daxil olan və Q1-də sıralanan "Elsevier" imzalı "Spatial Statistics"elmi jurnalında dərc olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, gənc alim araşdırmasında Çinin 31 regionunda 22 yanvar-10 mart tarixləri arasında (49 günlük) gerçəkləşən COVID-19-dan sağalma və ölüm faizlərinin yeni virusa yoluxanlar faizinə olan təsirini 2 istiqamətdə; əraziyə görə və zamana təsiri baxımından analiz edib. Araşdırmanın nəticəsinə görə, regionda ölümün 1 faiz artımı həmin regionda yoluxma sayını 32 faiz artırır, sağalma faizində 1 faiz artım isə yoluxma sayını 0.7 faiz azaldır. Alim ölüm və sağalma faizinin artımının bölgələrdə yoluxma sayına təsirini də araşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.