ELM VƏ TƏHSİL


UNEC alimlərinin tədqiqatı dünyanın nüfuzlu dərgisində çap olunub

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimlərinin elmi məqaləsi Qlobal Enerji Geosiyasətinin İqtisadi Dinamikası (Economic Dynamics of Global Energy Geopolitics) adlı elmi araşdırmalar məcmuəsində dərc olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dünyanın nüfuzlu “IGI Global” nəşriyyat evində çap olunan elmi məcmuədə UNEC-in alimləri ilə yanaşı, ABŞ, Türkiyə, Portuqaliya, Mərakeş, Şimali Kipr, İran və Qazaxıstan universitetlərinin tədqiqatçılarının məqalələri də yer alıb.

Məqalənin müəllifləri UNEC-in SABAH mərkəzinin rəhbəri, rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları kafedrasının dosenti Aida Quliyeva və kafedranın müəllimi Ülviyyə Rzayevadır. UNEC-in alimləri tərəfindən elmi məcmuədə “Qlobal dəyişikliklərin asimmetriyası: İnkişaf etməkdə olan ölkələrin asimmetrik vəziyyətləri” adlı fəsil təqdim olunub. Tədqiqatın məqsədi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında geosiyasət maraqlarının asimmetriyasıdir. Müəlliflər tədqiqatlarında qlobal böhran kontekstində dedollarlaşma məsələsini siyasi və iqtisadi baxımdan araşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.