ELM VƏ TƏHSİL


UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir

Bakı, 20 iyul, AZƏRTAC

“Webometrics” reytinq agentliyinin iyul ayında açıqladığı “Google” akademik istinadlarına görə ən yaxşı universitetlər” şəffaflıq reytinqində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkəmiz üzrə lider olub. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1977 istinad edilib.

Qeyd edək ki, UNEC reytinqdəki mövqeyinə görə, “Dakota State University”, “Colorado State University Pueblo”, “Framingham State University”, “Lindenwood University”, “Nicholls State University” kimi Amerika və “University of London”, “University of Vechta”, “University of Suffolk”, “Turku University of Applied Sciences” və digər Avropa universitetlərini qabaqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.