ELM VƏ TƏHSİL


UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alınıb

Bakı, 4 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan UNEC Türkiyənin Brend və Patent İdarəsi tərəfindən də tanınıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC markası Türkiyədəki universitetlər arasında ən çox yayılan 09, 16, 35, 41 və 42 saylı təsnifatlara daxil olan xidmət və məhsulları əhatə edir. Buraya təhsil və tədris xidmətləri, nəşr, jurnal, kitab, təqvimlər, eləcə də elm və sənaye ilə bağlı tədqiqat və tədqiqat xidmətləri, elmi inkişaf və araşdırma xidmətləri, keyfiyyət və standartların müəyyənləşdirilməsi məqsədilə məhsul və xidmətlərin test olunması fəaliyyəti, reklam materialları, bu istiqamətdə digər xidmət və məhsullar daxildir.

Şərtlərə əsasən, növbəti 10 il ərzində UNEC brendi Türkiyənin Brend və Patent İdarəsi tərəfindən də qorunacaq. Bir neçə xarici ölkə tərəfindən UNEC brendinin tanınması işi isə tamamlanmaq üzrədir.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus UNEC brendi 2016-cı il yanvarın 21-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.