ELM VƏ TƏHSİL


UNEC-də “Açıq qapı” günü

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yay imtahan sessiyası ilə bağı “Açıq qapı” günü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı”da rektor Ədalət Muradovla yanaşı, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Çingiz Qənizadə, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və UNEC-in İctimai Nəzarət Şurasının üzvü Sevinc Qarayeva iştirak ediblər. Onlar tələbə və valideynlərin imtahan sessiyası ilə bağlı 30-dək müraciətini dinləyiblər. Görüşdə rektor Ə.Muradov məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə tapşırıq verib.

“Açıq qapı”dan sonra ictimaiyyət nümayəndələri UNEC News-a təəssüratlarını bildiriblər.

UNEC-də rektorun iştirakı ilə keçirilən “Açıq qapı” günləri hər həftənin şənbə günü təşkil olunacaq və yay imtahan sessiyasının sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.