ELM VƏ TƏHSİL


UNEC-də “Azərbaycan və Ermənistan iqtisadiyyatı: müqayisəli təhlil” mövzusunda elmi seminar keçiriləcək

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə dair elmi seminar keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) tərəfindən 5 gün davam edəcək seminarlarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəricilərinin müqayisəli təhlili aparılacaq. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.