ELM VƏ TƏHSİL


UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 18 oktyabr- Dövlət Müstəqilliyi Günü qeyd olunub. UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ədalət Muradov bu əlamətdar günün tarixinə qısa nəzər salıb. Qeyd edib ki, bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı azad və müstəqil dövlətin vətəndaşları olduğu üçün xoşbəxtdir. Müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən çətin olduğunu deyən rektor, Ulu Öndərin əsasını qoyduğu dövlət müstəqilliyinin Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc azadlıq və müstəqilliyin hər bir vətəndaş üçün, millət üçün əvəzolunmaz nemət, xeyirxahlıq təcəssümü olduğunu deyib. O, xalqına xidmət etməyi hədəfləyən ali təhsil müəssisələrinin dövlətin ambisiyalarına cavab verdiyini vurğulayaraq, ölkənin müstəqilliyin daha da möhkəmləndirilməsi və gələcəyinin təmin edilməsində savadlı, bacarıqlı, vətənini, xalqını sevən gənclərə daim ehtiyac olduğunu qeyd edib.

UNEC-in professoru Abbas Seyidov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda aparılan azadlıq mübarizəsindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb.

Tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin vokal dərnəyinin üzvləri Azərbaycanın Dövlət himnini ifa ediblər. İqtisadiyyat fakültəsinin tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.