ELM VƏ TƏHSİL


UNEC-də “E-ticarət” dərsi praktik nümunələrlə tədris olunub

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” Magistraturasında elektron kommersiya ixtisaslaşması üzrə təhsil alan magistrantlara “E-ticarət” dərsi praktik nümunələrlə tədris olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, magistrantlar tədris prosesində əldə etdikləri bilik və bacarıqlar sayəsində “Amazon” və “eBay” platformalarında ilkin uğurlu satışlarını həyata keçiriblər.

Tədris müddətində magistrantlar üçün “Payoneer”, “Amazon”, “eBay”, “Alibaba”, “Azexport” kimi nəhəng onlayn alış-veriş platformalarında satıcı hesabları yaradılıb, eləcə də həmin platformalarda qeydiyyat, iş prinsipi real göstərilib. Həmçinin beynəlxalq yükdaşımaların təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, elektron ticarətdə təhlükəsizliyin təmini, təchizatçılarla əlaqələrin qurulması, proseslərin avtomatlaşdırılması barədə mövzular tədris prosesində real keyslərlə təqdim olunub. Proqram çərçivəsində tədris aparan müəllimlər müvafiq sahədə dünyanın nüfuzlu universitetlərində tədris almış mütəxəssislərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.