ELM VƏ TƏHSİL


UNEC-də “Elm aylığı” çərçivəsində tədbirlər davam edir

Bakı, 4 mart, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov artıq tələbələrin sahibkarlıq təhsili vasitəsilə öz ideyalarını biznes inkubatorlarında, yaxud da müvafiq portallar vasitəsilə iş dünyasında reallaşdıra biləcəklərini deyib. Bildirib ki, bunun üçün UNEC-də ciddi addımlar atılır. Bu, elmi innovasiyalara və sahibkarların fəaliyyətinə öz töhfəsini verəcək.

Türk dünyası iqtisad fakültəsinin dekanı, professor Həyati Bəşirli qeyd edib ki, hazırda dördüncü sənaye inqilabı dövrüdür. Cəmiyyət üçün rəqabətqabiliyyətli, yaradıcı düşüncəyə malik fərdlər yetişdirilməlidir.

İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Oqtay Quliyev vurğulayıb ki, elmdə innovasiyanın tətbiqi sənaye üçün uyğun kadrların hazırlanmasına kömək edəcək. Bu isə dövlətin universitetə dəstəyi sayəsində mümkün olacaq. ABŞ, Yaponiya, Cənubi Koreya bu sistemi tətbiq ediblər və uğur qazanıblar. Hazırda ölkəmizdə də bu sahədə islahatlar aparılır.

Biznesin idarə edilməsi kafedrasının dosenti Niyazi Həsənov çıxışında ölkədə elmli mütəxəssislərin formalaşmasının tezliklə öz töhfəsini verəcəyini nəzərə çatdırıb.

İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Aytən Hüseynli bildirib ki, hazırda iş dünyasından dəvət olunan aparıcı mütəxəssislər tədris prosesində mühazirəçi qismində iştirak edirlər. Onların elmi potensialı və tədris etdikləri fənlər üzrə praktiki iş təcrübəsi tədrisin ən yüksək keyfiyyət meyarları səviyyəsində təşkilinə imkan verir.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov isə beynəlxalq təcrübənin UNEC-də geniş imkanlar açacağını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.