ELM VƏ TƏHSİL


UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzində “Elm həftəsi” çərçivəsində “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor, professor Ədalət Muradov mövzunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək iqtisadi inkişafını araşdırmaq, müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır.

Rektor “UNEC Ekstern”də iqtisadçı tədqiqatçılar üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan iqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə “Debat klubu”nun yaradılacağını, bununla bağlı rus, ingilis və erməni dillərində “Məlumat baza”sının formalaşdırılacağını bildirib. Həmçinin Ermənistan iqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə mərkəzin tədqiqatçılarının təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.

UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin və Türkiyənin Erciyes Universitetinin ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə töhfələr verəcəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.