UNEC-də “Excel” kursuna qeydiyyat başlayıb
AzerTAg.az

Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində “Excel” kurslarına qeydiyyat başlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, kursda iştirakçılar əmək bazarının tələbinə uyğun praktiki biliklər əldə etmək imkanı qazanacaqlar.
İki aylıq təlim proqramı “Böyük verilənlər üzərində işləmək imkanı”,“Müxtəlif diaqramlar vasitəsilə məlumatların vizuallaşdırılması və analiz edilməsi”, “Gündəlik işlərdə daha yüksək sürət və vaxta qənaət” və s. mövzuları əhatə edəcək.
Dərslər bu sahədə uğurlu karyeraya sahib olan peşəkar təlimçi tərəfindən tədris olunacaq. Kursu uğurla başa vuran iştirakçılar rəsmi UNEC sertifikatı qazanacaqlar.
Qəbul barədə ətraflı məlumatı universitetin rəsmi saytından əldə etmək mümkündür.
Xəbərin mətnində orfoqrafik səhv var