ELM VƏ TƏHSİL


UNEC-də “Gənc müəllimlər-4” layihəsi davam edir

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər-4” layihəsi çərçivəsində gənc müəllimlər işə qəbul olunur.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rəqəmsal texnologiyalar və tətbiqi informatika, eləcə də mühəndislik və tətbiqi elmlər sahələri üzrə informasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi, kommunikasiya sistemləri, sənaye mühəndisliyi, materiallar mühəndisliyi, maşın mühəndisliyi, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, qida mühəndisliyi ixtisaslarında tədris aparmaq istəyən müəllimlər “Gənc müəllimlər-4” layihəsində iştiraka dəvət edilir.

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə müsahibə təşkil edilir. Xarici dil biliyi olan namizədlərə üstünlük verilir.

Maraqlananlar CV-ni iyunun 30-dək [email protected] ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.