ELM VƏ TƏHSİL


UNEC-də İqtisadiyyat İnstitutunun şöbə müdirinin məruzəsi dinlənilib

Bakı, 14 mart, AZƏRTAC 

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayevin “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə Akif Musayev iqtisad elminin müasir problemləri, dəyişən makroiqtisadi göstəricilər və qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrindən danışıb. Alim vergi yükünün hesablanması və qiymətləndirilməsi, orta vergi yükünün digər makroiqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi və bu sahədə apardığı tədqiqatlardan, əldə olunan nəticələrdən bəhs edib.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Maraqlı məruzəsinə görə Akif Musayev UNEC-in fəxri fərmanı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.