ELM VƏ TƏHSİL


UNEC-də Karyera günləri

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə onlayn “Karyera günləri” çərçivəsində növbəti canlı yayım təşkil olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Karyera günləri”nin növbəti qonağı “KPMG Azərbaycan” şirkətinin nümayəndələri olub.

Şirkətin İnvestisiya və kapital bazarları departamentinin meneceri Ramin Quliyev, insan resursları və marketinq üzrə baş mütəxəssis Aydan Bədəlova, insan resursları üzrə mütəxəssis Firəngiz Hacıyeva tələbələrə uğurlu karyera ilə bağlı məlumat veriblər.

Görüşdə KPMG şirkətində karyera imkanları, təcrübə və vakansiyalar, işə qəbul prosesi, müsahibəyə hazırlıq barədə önəmli məqamlara toxunulub.

Müzakirələr zamanı işləyicilərin sualları da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.