ELM VƏ TƏHSİL


UNEC-də Novruz bayramı böyük coşqu ilə qeyd olunub

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Novruz bayramı münasibətilə şənlik keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, şənlikdə prorektor Şaiq Əsgərov çıxış edərək bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edib.

Novruz şənliyində qalanan bayram tonqalının ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhvali-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar. UNEC-in 24/7 kitabxanasına “papaq atan” Kosa və Keçələ kitablar hədiyyə olunub.

Novruz şənliyi baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.