ELM VƏ TƏHSİL


UNEC-də Qarabağ iqtisadiyyatı ilə bağlı müzakirələr

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qarabağ iqtisadiyyatı ilə bağlı müzakirələr təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. UNEC-in tədqiqat mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək 3 günlük tədbirlərdə Ermənistan işğalının Azərbaycana vurduğu zərər, onun metodologiyası və ilkin qiymətləndirməsi araşdırılacaq, Qarabağın azad edilməsinin türk dünyasına iqtisadi təsirləri təhlil ediləcək, eləcə də müharibədən sonrakı dövrdə Qarabağın iqtisadiyyatı, onun Regional İnnovasiya-Texnoloji Mərkəzinin və dəyər zəncirinin mühüm həlqəsi kimi rolu ilə bağlı müzakirələr aparılacaq.

Müzakirələr UNEC-in tədqiqat mərkəzlərinin rəhbərləri ilə yanaşı, Milli Məclisin deputatları, İqtisadiyyat Nazirliyinin rəsmiləri, ölkənin aparıcı iqtisadçıları, eləcə də Qarabağ iqtisadiyyatını araşdıran türkiyəli alimlər tərəfindən aparılacaq.

Tədbirlər noyabrın 16, 18 və 20-də UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Müzakirələrin sonunda mövzu ilə bağlı izləyicilərin sualları cavablandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.