ELM VƏ TƏHSİL
UNEC-də Qarabağın iqtisadiyyatı ilə bağlı növbəti müzakirələr keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qarabağın iqtisadiyyatı ilə bağlı növbəti müzakirələr keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, budəfəki müzakirələr “Qarabağın azad edilməsinin türk dünyasına iqtisadi təsiri” mövzusuna həsr olunacaq. UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatı Ramil Həsən, Türkiyənin Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, professor Haluk Selvi və UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Oqtay Quliyev təqdimatlarla çıxış edəcəklər.
Tədbir UNEC-in rəsmi “Facebook” səhifəsindən və “YouTube” (UNEC official) kanalından canlı yayımlanacaq. Tədbirdə izləyicilərin mövzu ilə bağlı sualları da cavablandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]