ELM VƏ TƏHSİL


UNEC-də “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimi keçiriləcək

Bakı, 26 may, AZƏRTAC

Mayın 31-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimi keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilmiş yüzdən artıq alban memarlıq abidələri ilə bağlı tarixi-etnoqrafik, arxeoloji, memarlıq materialları yer alıb.

Kitabın ərsəyə gətirilməsində məqsəd Azərbaycan tarixinin ən qədim mərhələlərindən biri olan alban-xristian irsi və onun ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi və bugünkü vəziyyəti barədə məlumatları, onların saxtalaşdırılması faktlarını geniş oxucu kütləsinə çatdırmaqdır.

Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbir çərçivəsində multikulturalizmə həsr olunmuş kitab və eksponatlardan ibarət sərgi də nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.