ELM VƏ TƏHSİL


UNEC-də Sosial Media Marketinqi kurslarına qeydiyyat başlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində Sosial Media Marketinqi kursuna qeydiyyat başlanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Sosial Media Marketinqi kursu 16 saatı əhatə edən tədris planına uyğun aparılacaq. Kurs nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar üzərindən təşkil olunacaq. İştirakçılar sosial mediada satış, rəqiblərin təhlili və bu sahə ilə əlaqəli mövcud proqram, sistem və alətləri istifadə edə bilmək bacarıqları əldə edəcəklər.

Kursu uğurla bitirənlər UNEC sertifikatı əldə etməklə yanaşı, praktiki bilikləri möhkəmləndirən vorkşopda iştirak etmək imkanı qazanacaq.

UNEC tələbələri və əməkdaşlarına oktyabrın 1-dək özəl endirim kampaniyası olacaq.

Qeydiyyat oktyabrın 1-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.