ELM VƏ TƏHSİL


UNEC-də “Startap günləri” keçiriləcək

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 14-15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn formatda “Startap günləri” keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda Azərbaycan Dövlət İqtisad və İsrailin Təl-Əviv universitetlərinin məzunu, “Sofael Global” şirkətinin mütəxəssisi Mübariz Şahbazlı startapların hazırlanıb inkişaf etdirilməsi, yerli və beynəlxalq investorlara yönləndirilməsi istiqamətində məlumat paylaşacaq.

Seminar sual-cavab formatında keçiriləcək.

“Startap günləri”ndə iştirak etmək üçün link UNEC-in saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.