ELM VƏ TƏHSİL


UNEC-də XVI beynəlxalq strateji idarəetmə konfransı təşkil ediləcək

Bakı, 17 sentyabr, AZƏRTAC

Oktyabrın 28-30-da Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusunda XVI beynəlxalq strateji idarəetmə konfransı keçiriləcək.

Konfrans UNEC, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə reallaşacaq.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, hibrid formatda keçiriləcək konfransda əsas məruzəçi innovativ texnologiya və innovasiya idarəçiliyi üzrə alim və Yaponiya Araşdırma Siyasəti və İnnovasiya İdarəetmə Cəmiyyətinin Beynəlxalq Komitəsinin sədri professor Çihiro Vatanabe olacaq.

Konfransın məruzələri təşkilat komitəsi tərəfindən nüfuzlu elmi platformaların bazalarında indeksləşən jurnallarda dərc ediləcək. Əsas mövzular və ödəniş şərtləri ilə UNEC-in saytında yerləşdirilən linklər vasitəsilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.