ELM VƏ TƏHSİL


UNEC-də Zəfər Gününə həsr olunan şeir və mahnı müsabiqəsi keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsi tərəfindən “Zəfər Günü” adlı şeir və mahnı müsabiqəsi keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirin açılışında fakültənin dekanı dosent Elçin Eyvazov sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılmasının müharibənin taleyində həlledici rol oynamasına, eləcə də düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olduğu üçün həmin günün Zəfər bayramı kimi qeyd olunduğunu deyib.

Sonra tələbələrin təqdimatında şeirlər və mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.