ELM VƏ TƏHSİL


UNEC-də abituriyentlərin qeydiyyatı aparılır

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) avqustun 16-dan abituriyentlərin qeydiyyatı başlanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyatın birinci mərhələsi avqustun 28-dək davam edəcək. Boş qalan yerlərə qəbul olunan abituriyentlərin qeydiyyatı isə avqustun 24-dən sentyabrın 3-dək aparılacaq.

Abituriyentlərin universitetdə qeydiyyatı onların iştirakı olmadan aparılmır.

Qeydiyyatın aparılması UNEC-in ikinci tədris binasında (Həsən Əliyev, 135, Gənclik və Nəriman Nərimanov metrostansiyalarının yaxınlığında) təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.