ELM VƏ TƏHSİL


UNEC-də akademik Həmid Araslının 110 illik yubileyi qeyd olunub

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığı və orta əsrlər ədəbi əlaqələrin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş akademik Həmid Araslının 110 illiyi münasibətilə elmi-nəzəri seminar keçirilib.

Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənov tədbirin “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunduğunu bildirib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli alim Həmid Araslının çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açılıb. Alimin irsində klassik ədəbiyyat, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatların xüsusi yer tutduğu vurğulanıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Zəhra Allahverdiyeva görkəmli akademikin ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatlarından söz açıb.

İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova ədəbiyyatşünas alimin həm də şifahi xalq ədəbiyyatının ən görkəmli mütəxəssislərindən biri olduğunu, Azərbaycan folklorunun, xüsusilə də “Kitabi-Dədə Qorqud”, “ Koroğlu” dastanları və aşıq yaradıcılığı haqqında sanballı elmi əsərlər yazdığını qeyd edib.

Akademik Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslı atası ilə bağlı xatirələrini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.