ELM VƏ TƏHSİL


UNEC-də alman professorun iştirakı ilə növbəti yaz məktəbi

Bakı, 15 aprel, AZƏRTAC

“EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlıq və KOM: biznesin əsasları” üzrə növbəti yaz məktəbinə start verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, UNEC və Siegen Universitetinin magistrlərinin iştirak etdiyi dərsləri bu ali məktəbin professoru Petra Muq aparacaq. Aprelin 19-dək davam edəcək yaz məktəbi çərçivəsində magistrlər təcrübə və biliklərini bölüşəcək, Azərbaycan iqtisadiyyatındakı son tendensiyalar haqqında məlumat almaq üçün biznes təşkilat və qurumlarının rəhbər və mütəxəssisləri ilə görüşəcəklər. Alman magistrləri ölkənin nüfuzlu istehsal müəssisələrinin fəaliyyəti ilə yaxından tanış etmək üçün ekskursiyalar təşkil olunacaq.

Layihə çərçivəsində UNEC və Siegen Universitetinin alimləri və müəllimlərinin iştirakı ilə “Kiçik və orta sahibkarlıq və biznes mühiti” mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbirin məqsədi biznes və ali təhsil mühitinin bir araya gətirilməsi, ailə biznes sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi və şəbəkənin yaradılmasıdır.

Yaz məktəbinin sonunda Siegen Universiteti və UNEC tələbələri biznes planlarının nəticələrinə əsasən qiymətləndiriləcək və kredit əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.