ELM VƏ TƏHSİL


UNEC-də aprel ayı üzrə keçirilən “Scopus” və “Web of Science” təlimləri

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elsevier BV şirkətinin təşkilatçılığı ilə “Scopus - elmi nəşrlərin axtarış üsulları” mövzusunda təlim keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Asiya və Azərbaycan üzrə məsləhətçi Rabiga Xojamkulun keçdiyi təlimdə elmi istiqamətlərə uyğun jurnalların müəyyənləşdirilməsi, “Scopus” indeksli jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında geniş məlumat verilib. Təlimdə UNEC-in 65 nümayəndəsi iştirak edib.

“Clarivate Analytics” şirkəti tərəfindən keçirilən növbəti təlim isə “Elmi nəşrlərin keyfiyyəti: “Web of Science” və antiplagiat proqramı” mövzusunda olub. Şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorovun keçdiyi təlimdə “due diligence” elmi jurnalların seçilməsi və qiymətləndirilməsi, eləcə də antiplagiat proqramının üstünlüklərindən bəhs olunub.

Şirkət “Web of Science” haqqında aylıq təlimlər çərçivəsində beynəlxalq elmi jurnallarda məqalə nəşr etmək qaydaları, elmi fəaliyyət üçün “Clarivate” resurslarının əsas imkanları, elmi analitika, “Web of Science” və “InCites” mövzusunda təlimlər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.