UNEC-də beynəlxalq “Enactus” yarışına hazırlıq mərhələsinə start verilib
AzerTAg.az
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq “Enactus” (Tələbələr azad sahibkarlıq fəaliyyətində) layihəsi və yarışı barədə infosessiya keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Enactus Azərbaycan” proqramının direktoru Əziz Fələkzadə, universitetin layihə üzrə komandasının məzunları və tələbələr iştirak ediblər.
Çıxış edənlər sosial və biznesyönümlü startapların mahiyyəti, gələn il Niderlandda keçiriləcək beynəlxalq yarış və s. məsələlər barədə danışıblar.
Xatırladaq ki, “Enactus” sahibkarlıq fəaliyyətinin gücü ilə inkişafa nail olmaq məqsədilə tələbələri, akademik və biznes liderlərini bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır.


Xəbərin mətnində orfoqrafik səhv var