ELM VƏ TƏHSİL


UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 10 yanvar, AZƏRTAC

Fevralın 14-15-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development - ESD) təşkilatı ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Konfransda iştirak məqsədilə 240-dan çox məqalə təqdim olunub. Qəbul olunan məqalələr “Web of Science” bazasında və “EconLit”də dərc ediləcək.

Konfrans ESD təşkilatı tərəfindən 37-ci dəfə keçirilir və əvvəllər Roma, Paris, Madrid, Varşava, Moskva və digər şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.