ELM VƏ TƏHSİL


UNEC-də diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) diferensial əməkhaqqı sisteminin 2020-2021-ci tədris ili üzrə nəticələrinə dair canlı yayım təşkil olunacaq.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektorun müşaviri dosent Elşən Bağırzadə canlı yayımda reytinq cədvəli barədə professor-müəllim heyətini maraqlandıran sualları cavablandıracaq.

Canlı yayım sentyabrın 22-də saat 15-də UNEC-in rəsmi feysbuk səhifəsi üzərindən aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.